Dünən 19,8 tondan artıq çətənə kolu məhv edilib

Polis əməkdaşlarının iyulun 24-də keçirdikləri tədbirlərlə respublikanın ayrı-ayrı rayonlarında 28074 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb
Bildirilib ki, məhv edilən çətənənin ümumi çəkisi 19,8 tondan artıq olub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.