Cəlal Qaryağdının 110 illik yubileyinə “Daşları “danışdıran” böyük sənətkar” adlı videoçarx hazırlandı

Bu il görkəmli heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdının 110 illik yubileyidir. Heykəltaraşın yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Daşları “danışdıran” böyük sənətkar” adlı videoçarx hazırlandı.
Videoçarxda Azərbaycan heykəltaraşlıq məktəbinin banilərindən biri, bir çox monumental heykəllərin müəllifi Cəlal Qaryağdı haqqında məlumat verilir. Bildirilir ki, C.Qaryağdı Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi və xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. C.Qaryağdı XX əsrin 40-cı illərində heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Videoçarxda heykəltaraş-rəssamın yaratdığı bir sıra monumental heykəl, habelə portret və büstlər nümayiş olunur.
Videoçarxda İzləyicilərə tanınmış heykəltaraş və rəssam C.Qaryağdının təltif və mükafatları haqqında da məlumat verilir.
Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=-dlwh1zimbU