Lökbatanda yanğın törədən şəxs saxlanılıb

İyulun 28-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov olub.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.