Əliyeva Afaq Asif qızına töhmət verilib

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Yerveinsan.az BŞTİ-yə istinadən bildirir ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb.
Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılmışdı. Direktorun həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur etdiyi bildirilirdi. Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə isə "Xəzər Xəbər"ə açıqlama vermişdi.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacağı, qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyi qeyd olunmuşdu.