Salyan şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyulun 29-u saat 08:00-dan saat 22:00-dək Bakı şəhərinin Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.