Azərbaycan dilinə həsr olunmuş yeni şeir - (Foto-Video)

Bu gün ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  (MKS) bu bayramla əlaqədar hər il silsilə tədbirlər keçirilir, kitab sərgiləri təşkil olunur.

 Bu böyük bayramla əlaqədar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, publisist Zeynəb Cəmaləddin yeni yazdığı “Ana dilim” şeirini oxuculara və izləyicilərə təqdim etdi. Şeirdə qeyd olunur ki, ana dili hər bir xalqın varlığını təsdiq edən amildir, onun milli sərvəti, varlığı və milli kimliyidir. Şair qeyd edir ki, millətin dili və əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biridir. Şeirdə xalqımızın keçdiyi tarixi yola nəzər salınaraq vurğulanır ki, bu yol ana dilimizdə öz əksini tapır. “Ana dilimiz bayatılarımızda, qoşmalarımızda, dastanlarımızda, muğamlarımızdadır”, – deyə şair vurğulayır.  

Qloballaşan dünyamızda dilimizin qorunub saxlanması və inkişaf etdirilməsi zəruridir. Dilimiz 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Şair Zeynəb Cəmaləddinin şeiri aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/13YLb1gOJT_xK0dX8_rDS5_oHpGGjSU7M/view

 

Fotosessiya