Əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

“Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.