Emin Ağalarov Bakıda kazino açılması ilə bağlı tənqidlərə münasibət bildirib

Emin Ağalarov Bakıda kazino açmaq qərarına görə tənqidlərə münasibət bildirib.

Bununla bağlı o öz "Instagram" səhifəsində paylaşım edib.

"21 yaşından kiçik heç kim kazinoya buraxılmayacaq. Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlıdır. Biz bu işi ölkəyə qaytarmaq istəyirik", - deyə E.Ağalarov yazıb.

 E.Ağalarov vurğulayıb ki, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri almaq deməkdir:

"İstəyirik ki, buraya gəlmək istəyində olmayan əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirlərinə ev sahibliyi etmək istəyirik. Monako, Makao, Şimali Kipr və Las Veqas ilə birlikdə kazinolarda beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq otel operatoru ilə müqavilə imzalayaq və onları Sea Breeze-də mehmanxana biznesi kimi birləşdirək", - deyə o qeyd edib.

E.Ağalarov əlavə edib ki, mövsümdənkənar bu otellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyəcək: "Buna uyğun olaraq daha çox iş yeri, dövlətə daha çox vergi və daha çox turist gəlir. Bu da ölkəmizin çiçəklənməsidir".//Trend