Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib - FOTOLAR / VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində SES TV-də növbəti veriliş yayımlanıb.

QHT.az xəbər verir ki, verilişin aparıcısı “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov, qonağı isə Qərbi Azərbaycan İcması və İrəvan şəhər İcmasının sədri professor Fəridə Səfiyeva olub.

Verilişdə 1948–1953-cü illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyası və onun mənəvi-psixoloji nəticələri ətrafında müzakirələr aparılıb.

Səməd Vəkilov qeyd edib ki, Qərbi Azərbaycan böyük bir coğrafiyanı əhatə edir və deportasiya zamanı əhalinin dağlıq ərazilərdən Kür-Araz ovalığına köçürülməsi rəsmi sənədlərdə pambıqçılıqla əlaqələndirilsə də, bu, faktiki olaraq zorla yerindən etmə hadisəsi olub:

"Təəssüf ki, iqlimə uyğunlaşa bilməyən və həyatını itirən soydaşlarımızın sayını hələ də tam müəyyən edə bilməmişik. Onları şəhid hesab etmək olar."

Fəridə Səfiyeva isə bildirib ki, deportasiyanın məqsədi Ermənistan ərazisində monoetnik bir dövlət formalaşdırmaq olub:

"İnsanlar ağır şəraitdə, zorla qatarlara doldurularaq köçürülürdü. Bu, dövlət siyasəti idi və məqsəd türksüz Ermənistan yaratmaq idi."

Fotosessiya