Tələbələrin köçürülməsinə dair nəticələr elan edilib

İyulun 15-dən 22-dək tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak edənlərin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq köçürülmənin nəticəsinə dair qəbul edilmiş qərarı təsdiqləməlidirlər.
Son tarix: 8 avqust 2025-ci il
Qərar təsdiqlənmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək.