Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb

Ağdərə rayonunun Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bundan başqa, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın da ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.