Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın olub

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.