Bakıda küləyin sürəti saniyədə 21 metrədək güclənir – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 millimetr).
Xidmətdən verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Culfada 21, Neftçalada 20 metrədək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.