Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, qrupların komplektləşdirilməsi prosesi sentyabrın 1-dən 15-dək davam edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.