Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirildi - QƏRAR

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilir.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 Qərara əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılıb.