Son iki gündə 25 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sentyabrın 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25,5 kiloqrama yaxın narkotik vasitə və 131 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.