Bu gün qəhrəman şəhidlərin ANIM günüdür

Bu gün Xalqımıza şərəf, Vətənimizə azadlıq, Dövlətimizə suverenlik, hər birimizə qürur gətirmiş qəhrəman şəhidlərin ANIM günüdür. Anmaq təkcə yada salmaq, xatırlamaq mənasını vermir. Onsuz da vətən sevgisi, qələbə əzmi, vətəndaş ləyaqəti olan hər kəs o igidləri, o itkiləri, o şücaəti heç vaxt unutmur ki, bir daha xatırlasın. Anım həm də anlamaq mənasını verir. Bu gün hər kəs bir daha qələbənin böyüklüyünü, o qələbəni yaxınlaşdırmaq üçün canını qurban vermış insanların dəyanətini, milli ləyaqətini, dövlətə sədaqətini, vətəndaş qeyrətini, insani dəyərlərini, sülhün, əmin-amanlıqın böyüklüyünü bir daha anır, o igidlərin mənəvi dünyasını anlamağa çalışır. Qürurlu və kədərli gündür ANIM günü. Şəhidlərimizin ruhu şad olsun!
Aydın Kərimov