Azərbaycan-Özbəkistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş videoçarx
-1759150865.jpg&h=475&w=690&zc=1&q=90)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan-Özbəkistan diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar videoçarx hazırlandı.
Videoçarxda Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin sitatları var. Qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Videoçarxda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan prezidentləri İslam Kərimovun, Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfərləri haqqında qısa məlumatlar verilir.
Azərbaycan-Özbəkistan mədəni əlaqələri xüsusi bölmədə verilib.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib: