Bu rayonun bəzi yerlərində qaz təchizatında fasilə yaranacaq

Şəmkirin bəzi yerlərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, “Qazıməmməd–Qazax” yüksək təzyiqli magistral qaz kəmərinin 297,5-ci kilometrində yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaz nəqli sisteminə qoşulması və “Çinarlı QPS qol” qaz kəmərində kranın yenisi ilə əvəz olunması işləri ilə bağlı 07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 əhali”, “Şəmkir-2 sənaye”, “Çinarlı əhali”, “Çinarlı sənaye”, eləcə də “Əliyaqublu-1” və “Əliyaqublu-2” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

 "Qaz təchizatı dayandırılan müddətdə Şəmkir şəhəri (Şəmkir şəhərinin Morul yaşayış sahəsi istisna olmaqla), rayonun Dəllər və Çinarlı qəsəbələri, həmçinin Dəllər Cəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərinin qaz təchizatında fasilə yaranacaq",- qurumdan əlavə edilib.