Baş Prokurorluq: Qaradağda 1 nəfərin damdan yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır

Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib.