Ötən gün 42 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 6-da ümumi çəkisi 42,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.