Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.
Bildirilib ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Ardınca "Qurd qapısı" qəbiristanlığına aparılaraq orada dəfn olunacaq.
Xatırladaq ki, Xalq artisti Ə.Yusifqızı oktyabrın 9-da vəfat edib.