Zəngəzur dəhlizinin perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələləri müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak edib.

Nazirlikdən  bildirilib ki, görüş zamanı Zəngəzur dəhlizinin perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələləri müzakirə edilib.

Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.