Görüşün baş hakimi İqor Payaç olacaq

İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.
Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.