“Milli Qəhrəmanlarımız” layihəsinə 2025-ci il üzrə yekun vuruldu
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında il ərzində yeddi videoçarxdan ibarət silsilə material hazırlandı.
Videoçarxlarda 2025-ci ildə yubileyi olan 52 Milli Qəhrəmanın gənclərə örnək şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıqlar, təltifləri və xatirələri haqqında məlumatlar verilmişdir.
Videoçarxlarda haqqında məlumat verilən 33 Milli Qəhrəman Qarabağ müharibələrində, 13 Milli Qəhrəman 1995-ci ildə 13-17 mart tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı, 1 Milli Qəhrəman 1991-ci il noyabrın 20-də Qarakənd faciəsində, 2 Milli Qəhrəman 1994-cü il Gəncə şəhərindəki qiyamı yatıran zaman, 1 Milli Qəhrəman 1999-cu ildə Qobustan həbsxanasında baş verən hadisə zamanı, 1 Milli Qəhrəman 1993-cü il “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə çıxışın dəf edilməsi zamanı, 1 Milli Qəhrəman 2009-cu ildə sərhəd pozucuları ilə döyüş zamanı qəhrəmanlıq göstərmişdilər.
Adları çəkilən Milli Qəhrəmanlar Vətənimizin işğal olunmuş torpaqlarında düşmənlə vuruşaraq igidlik və misilsiz şücaət göstərmişdilər. Dörd Milli Qəhrəman Füzuli, iki Milli Qəhrəman Xocavənd, iki Milli Qəhrəman Ağdərə, iki Milli Qəhrəman Laçın, üç Milli Qəhrəman Ağdam, bir Milli Qəhrəman Qubadlı, dörd Milli Qəhrəman Xocalı, bir Milli Qəhrəman Xankəndi, bir Milli Qəhrəman Hadrut (h/hazırda Xocavənd rayonu), bir Milli Qəhrəman Şuşa, bir Milli Qəhrəman Füzuli, Ağdam, Tərtər və Ağdərə, bir Milli Qəhrəman Ağdam və Qubadlı uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdilər, bir Milli Qəhrəman Qazax rayonunun Yuxarı Əskipara kəndində ermənilərin avtobusa hücumu nəticəsində, iki Milli Qəhrəman Tovuz rayonunun sərhədyanı bölgələrinə ermənilərin hücumu zamanı, bir Milli Qəhrəman Naxçıvan MR-nın Babək rayonu yaxınlığında dostlarını mühasirədən çıxaran zaman, bir Milli Qəhrəman Gədəbəy rayonunun Mutudərə kəndində mühasirəyə düşən zaman, bir Milli Qəhrəman Goranboy rayonunun kəndlərinin ermənilərdən müdafiə edərək, igidlik göstərmiş və qəhrəmancasına həlak olmuşdular. Bir Milli Qəhrəman Tərtər və Goranboy rayon, Yevlax şəhər ərazilərinə nəzarət etmiş və əhalini müdafiəyə hazırlamışdır. Bir Milli Qəhrəman Füzuli, bir Milli Qəhrəman Xocavənd və bir Milli Qəhrəman Ağdam rayonları uğrunda gedən döyüşlərdə cəsarətlə iştirak etmiş, igidliklər göstərmiş və hal-hazırda da Vətənə xidmət edirlər.
Sözügedən Milli Qəhrəmanlar haqqında materiallar kitabxana tərəfindən onların anadan olduğu və həlak olduğu ərazilərin şəhər, rayon İcra Hakimiyyətlərinə və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim edilmişdir.
Videoçarxları kitabxananın YouTube kanalında izləmək olar:
https://www.youtube.com/watch?v=Tthn8NJ2NLM
https://www.youtube.com/watch?v=ZbJy5Or5TLM&t=44s
https://www.youtube.com/watch?v=J_okM2Coc2Y&t=131s
https://www.youtube.com/watch?v=om0O_8rQeRM&t=52s
https://www.youtube.com/watch?v=NxynbTzhF4c
https://www.youtube.com/watch?v=GEUx933behE&t=2s
https://www.youtube.com/watch?v=onJBwzqed2M&t=13s

