Ardıcıl 4 gün iş olmayacaq

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Bu il 8 noyabr Zəfər günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.