Salyanda yerləşən ərzaq bazarında antisanitar şərait - VİDEO
Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.
Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi aşkarlanıb.
Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

