Ağacların kəsilməsi nəticəsində təbiətə 129 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri, Abşeron və İsmayıllı rayonlarının inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən A verilən məlumata görə, araşdırma zamanı Bakının Xətai rayonunda Nəsrəddin Tusi küçəsi, 10G ünvanında, eyni zamanda, həmin rayonun Xəqani Rüstəmov küçəsində, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 231 ünvanında, Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin Nizami küçəsində, İsmayıllı rayonunun Zərnava və Sərdahar kəndlərinin inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min 10 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.