Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Bu barədə ADY məlumat yayıb.

 Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.