Yanvar ayının bütün sosial ödənişləri başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, yanvarın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə bu ayın pensiyaları, yanvarın 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin bu ay üzrə pensiyaları, yanvarın 27-də isə bu ayın müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.