8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib


Martın 5-də Bərdə Rayon Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil edilib.
Tədbirdə mərkəzin mədəniyyət işçiləri və incəsənət nümayəndələri tərəfindən bir-birindən maraqlı musiqi nömrələri, mahnılar təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert proqramından sonra rejissor Mehman Quliyevin hazırladığı yumoristik səhnəcik tamaşaçılara təqdim olunub. Səhnəcikdə Mehman Quliyev və Günay Hüseynova maraqlı səhnə oyunu nümayiş etdiriblər.
Yumoristik səhnə qadınların təbriki ilə yekunlaşıb. Tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb və zalda xoş ovqat yaradıb.

 

Fotosessiya