İyunun 1-dən 79 nömrəli marşrutun bütün avtobusları yenilənir
İyunun 1-dən 79 nömrəli marşrutun bütün avtobusları yenilənir.
Marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilib.
Yerveinsan.az xəbər verir ki, 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
İstiqamət: Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi - metronun “28 May” stansiyası.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Gedişhaqqı 0,60 AZN

