Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılıb.
Sərnişin tələbatını qarşılamaq üçün əlavə 180 reys həyata keçirilib.
Sərnişinlərin 55 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

