Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilib
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə həkim-mütəxəssislərin və tibb işçilərinin qulluğa qəbulu üzrə müsabiqə elan edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə aşağıdakı vakansiyaları əhatə edir:
• Həkim (baza ali təhsilli)
• Həkim-terapevt
• Həkim-nevroloq
• Həkim-psixiatr
• Həkim-kardioloq
• Həkim-infeksionist
• Həkim-otorinolarinqoloq
• Həkim-dermatoveneroloq
• Həkim-cərrah
• Həkim-anestezioloq
• Həkim-reanimatoloq
• Həkim-pulmonoloq
• Həkim-oftalmoloq
• Həkim-ginekoloq
• Həkim-rentgenoloq və texnik
• USM (ultrason müayinəsi) mütəxəssisi
• Feldşer
• Tibb bacısı/qardaşı
Tibb baş idarəsinə qulluğa qəbul “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq müsahibə əsasında həyata keçirilir. Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali və orta tibb təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.
Namizədlər iyulun 15-dək ərizə formasını dolduraraq [email protected] e-poçt ünvanına və ya kağız daşıyıcıda iş günləri və iş vaxtı ərzində nazirliyin Tibb baş idarəsinə (ünvan: Bakı şəhəri, Akim Abbasov küçəsi 86) təqdim etməlidirlər.
Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçiriləcək. Müsahibədən uğurla keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı ilə müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılacaq.
Qeyd edək ki, vakansiyalar Tibb baş idarəsində və tabe qurumlarında rəhbər və işçi heyət üzrə vəzifələri əhatə edir.
Namizədlər ətraflı məlumat almaq üçün (012) 498 17 20 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

