Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Eduard Stipraislə görüşüb.

Bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, E.Stipraislə regional əməkdaşlıq, xüsusilə bağlantı imkanları, həmçinin Trans-Xəzər və TRIPP layihələri üzrə səmərəli müzakirələr aparılıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Məsləhət Şurasına tamhüquqlu üzvlüyünü nəzərə alaraq bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur.//Trend