ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən mart ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
ADSEA-dan bildirilib ki, Agentliyin sədri Zaur Mikayılovun 13 mart tarixində Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 18 mart tarixinə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Abşeron rayonunda Abşeron və Zəngilan rayonlarının sakinləri üçün nəzərdə tutulub.

