Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb

Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək isti, gündüz 8 dərəcədən 13 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65 faizdən 70 faizədək təşkil edəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcədən 6 dərəcəyədək isti, gündüz 7 dərəcədən 12 dərəcəyədək isti, dağlarda gecə 5 dərəcə şaxtadan 10 dərəcə şaxtayadək, gündüz isə 0 dərəcədən 5 dərəcəyədək isti olacaq.