Bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

