Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda yanvarın 31-də magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, görünüş məsafəsinin məhdudlaşmasına səbəb ölkə ərazisinin bəzi yerlərində olan dumanlı hava şəraitidir.

