Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)
“Azərbaycan Bayrağı” ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir
“İgidliyə görə” medalı ilə
Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2025-ci il

