İsrail naziri ilə enerji üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub

İsrailə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığının qurulduğu diqqətə çatdırılıb. Enerji və su sektorları üzrə işbirliyinin daha da gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.