Əmək və əhalinin sosial müdafiəsi naziri İmişlidə vətəndaşların müraciətlərini dinləyib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Həmin vətəndaşlar məşğulluq, əlillik, pensiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Anar Əliyev və Elçin Rzayev İmişli rayon sakinləri ─ müharibə veteranı İsayev Emil Rövşən oğlu, Həsənov Sərxan Xanoğlan oğlu və İsmayılov Ərşad Çingiz oğlu üçün özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Proqramın dəstəyi ilə aktivlər verilməklə Emil İsayev və Sərxan Həsənov üçün kişi bərbərxanası, Ərşad İsmayılov üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar öz təsərrüfatlarını yaratmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində İmişli rayonunda 1700-dən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub.

