Elşad Xose həbs edildi

Məşhur reper Elşad Xose həbs edilib. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Elşad Nazim oğlu Əliyev (Xose) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.