Xəzər dənizində iki balıqçı itkin düşüb

Astara rayonu ərazisində Xəzər dənizində iki nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Qeyd olunur ki, balıqçılar Şahağac kəndi ərazisindən balıq tutmaq üçün dənizə çıxıblar.