Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu keçəcək. 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.