Nazir Ceyhun Bayramov UNESCO-nun Baş katibi ilə telefonla danışıb

23 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş direktoru Xaled El-Enani arasında telefon danışığı aparılıb.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.

UNESCO Baş direktoru təşkilata etimadın artırılması və fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş direktoru bu tədbirlərdə iştiraka dəvət edib.

Nazir Ceyhun Bayramov daha sonra, tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.