“Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
zərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.
AAYDA-dan bildirilib ki, dekabrın 25-i saat 23:00-dan dekabrın 26-sı saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.

