Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq
Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq.
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.
2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.
Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

