Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb
Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Yerveinsan.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5 dərəcədən 7, gündüz 9 dərəcədən 13 dərəcəyədək olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 12 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 2 dərəcədən 7 dərəcəyədək şaxta, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.

