Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
İş adamı Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib.
Qeyd edək ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.//Trend

